Cumartesi, Eylül 7, 2024
spot_img

Türkiyəli Mütəhəssis Zeytingöz Federasiyanın İdman Direktoru Vəzifəsinə Təyin Olunub

- Reklam-

Turgay Zeytingöz, Federasyon Genel Direktörü ve Altyapılar Sorumlusu olarak göreve başladı.

Konuyla ilgili olarak Azerbaycan medyasında yer alan haber, Azerilerin sevimli Türkçesi ile şöyle…

“Azərbaycan Federasiyasında (ABF) yeni təyinat reallaşıb.

ABF-dən BAKU.WS-ə verilən məlumata görə, Türkiyəli mütəhəssis Turqay Zeytingöz federasiyanın idman direktoru vəzifəsinə təyin olunub.

Qurumun rəyasət heyətinin qəbul etdiyi qərara əsasəsən onunla iki illik müqavilə imzalanıb.

Müqaviləyə əsasən Turqay Zeytingöz, aşağı yaş qruplarında olan uşaq basketbolçuların və yerli gənc məşqçilərin inkişafı, Azərbaycan basketbolunda əsaslı infrastukturun qurulması və möhkəmləndirilməsi, müxtəlif yaş qrupları üzrə milli komandalara nəzarət və Azərbaycan Basketbol Liqasında (ABL) keyfiyyətin artırılmasına dair işlərə cavabdeh şəxs olacaqdır. 2021-2023 -cü illərdə son iş yeri olan Türkiyənin “Qalatasaray” basketbol klubunun kişilərdən ibarət komandasında idman direktoru vəzifəsində çalışmış Turqay Zeytingözün karyerasında daha əvvəl aşağıdakı fəaliyyəəridə olmuşdur.
2011-2017 -ci illərdə Türkiyənin gənclərdən ibarət milli komandalarında idman direktoru vəzifəsində çalışıb. Bu dönəmdə bir dəfə Avropa çempionluğu, iki dəfə isə Avropa üçüncülüyü mükafatlarını qazanıb. O həm də, 2010-cu ildən etibarən “Banvit” basketbol klubunda da idman direktoru olaraq fəaliyyətini davam etdirib. O 10 il davam edən “Banvit” karyerasında, türk basketboluna saysız-hesabsız gənc istedadlar yetiştirilməsində də böyük rol oynamışdır. “Banvit” in ikinci komandası “Bandırma Kırmızı” ilə ikinci liqada çempionluq (2011), “Banvit” ilə isə Basketbol Çempionlar Liqası finalı (2017), Türkiyə kuboku çempionluğu (2017) və Türkiyə çempionatında final (2013) uğurlarını əldə edib.”

- Reklam-

CEVAP VER

Lütfen yorumunuzu giriniz!
Lütfen isminizi buraya giriniz

Sosyal Medya

33,250TakipçilerTakip Et
37,204TakipçilerTakip Et
65,321AboneAbone Ol

popüler

zonguldak psikolog
zonguldak bireysel terapi
online terapi