Gence Kulübünden Açıklama: İddiaları Doğru Olmayan Koçumuzu Uyardık

- Reklam-

Azerbaycan’ın Gence Kulübü, Sırp koçları Martin Knezevic’in İstanbul’daki FIBA Europecup maçından sonra yaptığı açıklamada, organizasyonla ilgili Erokspor’u suçlamalarına yanıt verdi. Antrenörün sözlerinin gerçeği yansıtmadığını ifade eden Gence Kulübü, Knezevic’in uyarıldığını ve bu tür davranışlarını tekrarlaması halinde sözleşmesine son verileceğini duyurdu.

Gence Kulübünün açıklaması, Azerbaycan Türkçesi ile aynen şu şekilde:

“Gəncə BK baş məşqçi Martin Knezeviçin reallıqdan uzaq iddialarını təkzib edir.

7 oktyabr tarixində “Gəncə” BK FIBA Avropa Kubokunun (FIBA Europe Cup) qrup mərəhələsi çərçivəsində Türkiyənin “Esenler Erokspor” klubu ilə qarşılaşıb. Alınan məğlubiyyətdən sonra baş məşqçi Martin Knezeviç klubun razılığı olmadan şəxsi sosial media hesabında məğlubiyyətə dair əsassız açıqlamalar verib. Baş məşqçi məğlubiyyətin məsuliyyətini öz üzərinə götürmək əvəzinə, komandanın 5 əsas oyunçusunun zədəli olduğunu iddia edərək nəticəni bəhanələrlə əsaslandırmağa çalışıb.

Martin Knezeviç açıqlamasında oyunçuların zədələnməsinə qaldıqları otelin liftində yaranan texniki problemin səbəb olduğunu iddia edib. Otelin liftində texniki nasazlıq yaşanmış, lakin otel rəhbərliyi tərəfindən həmin problem dərhal aradan qaldırılmışdır. Yaranan texniki məsələnin basketbolçuların zədələnməsi ilə heç bir əlaqəsi yoxdur və qeyd olunan iddialar gerçəkliyi əks etdirmir. Belə ki, adı çəkilən 5 basketbolçudan 4-ü (Cervis Qarrett, Montavius Mörfi, Latavius Mitçell, Fikrət Ələkbərov) həmin qarşılaşmada tam şəkildə parketdə mübarizə aparmış, yalnız Bakari Kamara baş məşqçinin oyun planına əsasən görüşü kənardan izləmək məcburiyyətində qalmışdır. Buna görə də məşqçinin FIBA-nın oyunun təxirə salınmasına icazə vermədiyi barədə açıqlamasının heç bir əsası yoxdur. Klub oyunun təxirə salınması üçün FIBA-ya heç vaxt müraciət etməyib. Həmçinin baş məşqçi komandanın yerləşdiyi otel seçimini də rəqibin üzərinə atmağa çalışsa da, həmin otel “Esenler Erokspor” klubu tərəfindən deyil, məhz klubumuz tərəfindən seçilib.

Klub intizamını pozan, alınan məğlubiyyətin məsuliyyətini oyunçuların üzərinə atan və klubun razılığı olmadan ictimaiyyətə yanlış məlumat ötürən baş məşqçinin bu davranışı “Gəncə” BK-nın peşəkar dəyərlərinə ziddir. Məsələ ilə bağlı məşqçi ilə söhbətimiz oldu, onun fərqli mədəni mühitdən gəldiyini, reaksiyasının emosional xarakter daşıdığını və vəziyyəti tamamilə yanlış anladığını nəzərə alaraq, hələlik narahatlığımızı ona bildirmiş və rəsmi xəbərdarlıq etmişik. Bu cür hal təkrarlanarsa, onunla bağlanmış müqaviləyə xitam veriləcək.”

- Reklam-

CEVAP VER

Lütfen yorumunuzu giriniz!
Lütfen isminizi buraya giriniz

Sosyal Medya

33,250TakipçilerTakip Et
38,158TakipçilerTakip Et
65,321AboneAbone Ol

En Son Haberler